...

Suriyanın prezidentliyi uğrunda mübarizəyə ilk dəfə qadın qatılacaq

Siyasət Materials 21 Aprel 2021 06:28 (UTC +04:00)
Suriyanın prezidentliyi uğrunda mübarizəyə ilk dəfə qadın qatılacaq

Bakı. Trend:

Suriyada ilk dəfə namizəd olaraq prezident seçkilərində qadın iştirak edəcək.

Trend-in məlumatına görə, 50 yaşlı Dəməşq sakini Faten Əli Naharın prezident seçkilərinə müstəqil namizəd olaraq qatılır.

Ondan əlavə, daha iki nəfərin dövlət başçısı postu uğrunda mübarizədə iştirak edəcəkləri açıqlanıb.

Ölkənin hazırkı prezidenti Bəşər Əsəd özü hələ seçkilərdə iştirak etmək üçün müraciət etməyib, lakin tezliklə bunun baş verəcəyi gözlənilir.

Xatırladaq ki, Suriyada prezident seçkiləri 26 mayda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti