...

Azərbaycan Prezidenti: Dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur

Siyasət Materials 12 May 2021 15:30 (UTC +04:00)
Azərbaycan Prezidenti: Dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur

Bakı. Trend:

Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev mayın 12-də Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak edərkən çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Mən artıq 3-cü dəfədir Şuşadayam və demişəm ki, hər dəfə bura gələndə burada qalmaq istəyirəm, buradan ayrılmaq istəmirəm. Şuşanın özünəməxsus aurası var. Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur. Bu gün biz uzun fasilədən sonra azad Şuşada yığışmışıq. Bu gün Cıdır düzündə Azərbaycan muğamı səslənəcək. Uzun fasilədən sonra biz Şuşada bu gözəl musiqi bayramını qeyd edəcəyik. Bu gün sözün əsl mənasında musiqi bayramıdır. Bəli, biz 8 noyabrda Şuşaya döyüşərək, vuruşaraq, qan tökərək qayıtmışıq. Ancaq bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti