...

Böyük Britaniya kraliçası Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 24 May 2021 13:21 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Trend xəbər verir ki, təbrikdə deyilir: "Zati aliləri, Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan xalqına və Zati-alinizə təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Keçirdiyimiz bu çətin ildən sonra qlobal səhiyyənin üzləşdiyi maneələri dəf edəcəyimizə və gələcəkdə daha gözəl günlər yaşayacağımıza olan ümidimi ifadə etmək istəyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti