...

Kəlbəcərdə sərhəd mühafizəsi və müdafiəsinin təşkilinin elektrik enerjisi ilə təchizatı üçün 24.5 milyon manat ayrıldı - SƏRƏNCAM

Siyasət Materials 22 İyun 2021 14:08 (UTC +04:00)
Kəlbəcərdə sərhəd mühafizəsi və müdafiəsinin təşkilinin elektrik enerjisi ilə təchizatı üçün 24.5 milyon manat ayrıldı - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin elektrik enerjisi ilə təchizatı haqqında Sərəncam imzalayıb.

Trend xəbər verir ki, Sərəncamda qeyd edilir ki, Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təchizatı məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 24.500.000,0 (iyirmi dörd milyon beş yüz min) manat ayrılsın.

- Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti