...

Əlaqələndirmə Qərargahının ekoloji məsələlər və enerji təminatı ilə əlaqədar işçi qruplarının birgə iclası keçirilib (FOTO)

Siyasət Materials 6 İyul 2021 15:05 (UTC +04:00)
Əlaqələndirmə Qərargahının ekoloji məsələlər və enerji təminatı ilə əlaqədar işçi qruplarının birgə iclası keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının ekoloji məsələlər və enerji təminatı ilə əlaqədar işçi qruplarının işğaldan azad olunmuş Ağdam rayonunda birgə iclası keçirilib.

Trend xəbər verir ki, iclasda gündəliyə uyğun olaraq nəzərdə tutulan məsələlər müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti