...

Pakistan şirkətlərinin Qarabağa investisiya qoymaq potensialı var - Səfir

Siyasət Materials 7 İyul 2021 11:16 (UTC +04:00)
Pakistan şirkətlərinin Qarabağa investisiya qoymaq potensialı var - Səfir

Bakı. Elçin Mehdiyev - Trend:

Pakistan şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya qoymaq potensialı var.

Trend-in məlumatına görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, Pakistan şirkətlərinin işğaldan azad edilmiş ərazilərə investisiya qoyması arzuolunandır: “Azərbaycan rəsmi qaydada dost ölkələrin şirkətlərini işğaldan azad edilmiş ərazilərə investisiya qoymağa dəvət etdi. Biz istərdik ki, Pakistan şirkətləri bu ərazilərə investisiya qoyan, bərpa və yenidənqurma iştirak edən şirkətlər arasında öndə olsun”.

Xəbər lenti

Xəbər lenti