...

Ağdamı görəndə adamın ürəyi ağrıyır - Allahşükür Paşazadə

Siyasət Materials 21 İyul 2021 10:10 (UTC +04:00)
Ağdamı görəndə adamın ürəyi ağrıyır - Allahşükür Paşazadə

Bakı. Elçin Mehdiyev – Trend:

İnanıram ki, işğaldan azad edilmiş ərazilərimizdə dağıdılmış bütün məscidlərimiz, məbədlərimiz, evlərimiz, ziyarətgahlarımız, qəbirlərimiz bərpa olunacaq.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

Paşazadə bildirib kİ, Ağdamı görəndə adamın ürəyi ağrıyır: “O yerləri o cür, dağıdılmış halda görmək adama təsir edir. Prezident həzrətləri bütün çıxışlarında buyurur ki, biz o yerləri bərpa edəcəyik. Tezliklə biz dədə-baba torpaqlarımıza qayıdacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti