...

Azərbaycan və Fransa arasında minatəmizləmə əməliyyatlarına dair sənəd imzalanması nəzərdə tutulur

Siyasət Materials 20 Sentyabr 2021 19:43 (UTC +04:00)
Azərbaycan və Fransa arasında minatəmizləmə əməliyyatlarına dair sənəd imzalanması nəzərdə tutulur

Bakı. Trend:

2021-ci il 20 sentyabr tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Zakari Qros ilə görüşüb.

ANAMA-dan Trend-ə bildirilib ki, görüş zamanı işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları barədə fikir mübadiləsi aparılıb.

Səfərin başlıca məqsədi Fransa Respublikasının Azərbaycanda icra edilən minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyinin ayrılması və bu sahədə dəstəyin istiqamətləri müzakirə olunub.

Yaxın gələcəkdə iki tərəf arasında minatəmizləmə əməliyyatlarına dəstək, eləcə də minadan zərərçəkənlərə yardım, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə layihələri kimi sahələri özündə əks etdirən sənədin imzalanması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti