...

ABŞ dövlət katibinin müavini Azərbaycana təşəkkür edib

Siyasət Materials 23 Sentyabr 2021 12:44 (UTC +04:00)
ABŞ dövlət katibinin müavini Azərbaycana təşəkkür edib

Bakı. Trend:

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycana təşəkkür edib.

Trend-in məlumatına görə, V.Nuland tvitterdəki hesabında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşə şad olduğunu yazıb.

Dövlət katibinin müavini ABŞ-ın Əfqanıstandan təxliyə səylərinin reallaşmasının Azərbaycan tərəfindən dəstəklənməsinə görə ölkəmizə təşəkkürünü bildirib.

Qeyd edək ki, sentyabrın 21-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində V. Nuland və C.Bayramov arasında görüş keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti