...

Ermənilər işğal müddətində mədəniyyətimizə, dinimizə qarşı da soyqırımı törədiblər - Deputat

Siyasət Materials 24 Sentyabr 2021 20:08 (UTC +04:00)
Ermənilər işğal müddətində mədəniyyətimizə, dinimizə qarşı da soyqırımı törədiblər - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan xalqı tarix boyu zaman-zaman ermənilərin soyqırımına məruz qalıb. Belə faciə və müsibətlər ötən əsrin 90-cı illərində Azərbaycan xalqının başına yenidən gətirildi. Onlar işğal etdikləri torpaqlarımızda bütün məktəbləri, mədəniyyət abidələrini, qəbiristanlıqları dağıdaraq yerlə-yeksan ediblər. Məscidlərimiz, tarixi abidələrimiz də dağıntıya məruz qaldı.

Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, eyni zamanda Ermənistan Xocalı kimi dəhşətli soyqırımı törətdi: “Ermənilər eyni soyqırımıları 1905-1918-ci illərdə də həyata keçirmişdilər. Biz Quba, Şamaxı, Bakı və digər bölgələrdə onların həyata keçirdikləri soyqırımları tarixdən yaxşı xatırlayırıq. Bu hadisələr zamanı minlərlə günahsız azərbaycanlı qətlə yetirildi.

Bu gün 4 minə qədər azərbaycanlının taleyi məlum deyil. Onların bir qismi qətlə yetirilib, bir qismi əsir götürülüb. Ermənistan bu günə qədər Azərbaycana bununla bağlı heç bir məlumat vermir. Beynəlxalq qurumlar da bu məsələyə heç bir ciddi reaksiya vermirlər”.

C.Məmmədov qeyd edib ki, ermənilər mülki insanlara qarşı böyük amansızlıqlar sərgiləyib. Onlar təbiətə qarşı da ekoloji terror həyata keçiriblər. İşğal etdikləri ərazilərdə əksər meşə fondlarını məhv ediblər, ağacları qırıblar, hətta ağacların kötüklərini belə yandırıblar: "Ermənilər bu vəhşilikləri dini abidələrimizə, məscidlərimizə qarşı da törədiblər. Araşdırmalar sübut edir ki, işğaldan azad etdiyimiz ərazilərdə 67 məsciddən yalnız 3-ü salamat qalıb. Prezident İlham Əliyev bir çox mötəbər tədbirlərdə bu məsələyə xüsusi olaraq toxunub, erməni vəhşiliyinə dair müxtəlif faktlar səsləndirib, beynəlxalq qurumları bu vandallığa münasibət bildirməyə, qarşısını almağa çağırıb.

Təkcə Cəbrayılda 5 tarixi məscid tamamilə dağıdılaraq yerlə-yeksan edilib. Həmçinin, işğaldan azad olunmuş ərazilərdə alban kilsələrinin bir qismini saxtalaşdırılmış, bir qismi isə tamamilə dağıdılmışıdır. Nəinki alban kilsələrini, həmçinin Xocavənd rayonunda olan rus pravoslav kilsəsi də ermənilər tərəfindən tamamilə dağıdılmışdır.

Azərbaycanda isə Bakının mərkəzində erməni kilsəsi qorunub-saxlanılır. Ermənilərdən fərqli olaraq, biz bütün dini abidələrə - hansı dinə aid olmasından asılı olmayaraq, hörmətlə yanaşırıq, qoruyuruq. Budur Azərbaycan reallığı. Məhz bu siyasətə və yanaşmaya görə Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biri sayılır”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti