Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın məşhur EFE informasiya agentliyinə müsahibəsində bir çox mühüm məsələlərə öz münasibətini bildirib.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Deputat əlavə edib ki, Prezident İlham Əliyev Avropa İttifaqından ərazilərimizin minalardan təmizlənməsi və sərhədlərin delimitasiyası sahəsindəki yardımı barədə təklifi dəyərləndirərək qeyd edib ki, əlbəttə Azərbaycan bu təşəbbüslərə qoşulur və bu mövzular ətrafında Azərbaycan rəsmiləri ilə Avropa İttifaqı nümayəndələri arasında müzakirələr aparılır:
"Avropa İttifaqı delimitasiya prosesində iştirak etmək və hər iki tərəfi razılığa gətirməklə bağlı niyyətini ifadə edib və Azərbaycan belə təşəbbüsləri dəstəkləyir. Ancaq Ermənistan Avropa İttifaqının təklifini qəbul edib-etməyəcəyi ilə bağlı hələ ki qərar verməyib. Cənab Prezident bildirib ki, Azərbaycanın mövqeyi olduqca açıqdır. Azərbaycan bu sahədə əməkdaşlığa hazırdır. Azərbaycan eyni zamanda Avropa İttifaqı ilə iqtisadi yardım məsələsi ətrafında da müzakirələr aparır. Prezident İlham Əliyev Avropa İttifaqının Ermənistan üçün 2.6 milyard avro həcmində itisadi yardım paketinin ayrılması ilə əlaqədar qərarına münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan istərdi ki, ona da eyni şərtlərlə yardım təklif edilsin. Həqiqətən sual yaranır, niyə 10 min kvadratkilometr ərazisi tamamilə dağıdılmış, yerlə-yeksan olunmuş şəhər və kəndləri olan Azərbaycana bu yardım təklif olunmur. Azərbaycan hazırda Avropa İttifaqından iqtisadi dəstəklə bağlı təklif gözləyir. Bu istiqamətdə Avropa İttifaqı çox iş görə bilər. Cənab Prezident qeyd etmişdir ki, "Biz bu imkanlardan istifadə etməyə hazırıq və Avropa İttifaqına dürüst vasitəçi kimi etibar edirik"".