...

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Siyasət Materials 19 Oktyabr 2021 18:48 (UTC +04:00)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Bakı. Trend:

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Trend xəbər verir ki, başsağlığı mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

“Baykar” şirkətinin İdarə Heyətinin sədri Özdemir Bayraktarın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin üzvlərinə və yaxınlarınıza səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti