...

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhriyar Məmmədyarovun atası ilə səmimi söhbət ediblər

Siyasət Materials 21 Oktyabr 2021 13:18 (UTC +04:00)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhriyar Məmmədyarovun atası ilə səmimi söhbət ediblər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Trend-in məlumatına görə, görüşdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun atası Həmid Məmmədyarov da iştirak edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şahmatçının atası Həmid Məmmədyarovla səmimi söhbət ediblər.

Prezident İlham Əliyev: Salam, necəsiniz? Bu kişini tanıyırsan, Mehriban?

Birinci xanım Mehriban Əliyeva: Salam, necəsiniz? Şəhriyar Məmmədyarovun atasıdır?

Prezident İlham Əliyev: Şəhriyar Məmmədyarovun atasıdır.

Birinci xanım Mehriban Əliyeva: Xoş gördük.

Prezident İlham Əliyev: Şəhriyar necədir?

Həmid Məmmədyarov: Çox sağ olun. Hər şey gözəldir, sağ olun.

Prezident İlham Əliyev: Sağ ol.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti