Könül Nurullayeva MDB Gənclər Parlamentlərarası Assambleyasında Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərindən danışıb (FOTO)

Könül Nurullayeva MDB Gənclər Parlamentlərarası Assambleyasında Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərindən danışıb (FOTO)

Bakı. Trend:

Millət vəkilləri Emin Hacıyev və Könül Nurullayeva 21-22 oktyabr tarixləri arasında Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB Gənclər Parlamentlərarası Assambleyasının 17-ci konfransında ölkəmizi təmsil edir.

Trend-in məlumatına görə, tədbir zamanı Emin Hacıyev MDB Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru seçilib. Daha sonra isə Milli Məclisin deputatı Könül Nurullayeva “MDB ölkələrində gənclər turizmi: müasir vəziyyət və əsas inkişaf istiqamətləri” mövzusunda keçirilən konfransda çıxış edib. Deputat bildirib ki, gənclər hər bir ölkənin hərəkətverici qüvvəsi kimi innovasiyaların tətbiqində katalizator, davamlı inkişaf faktoru kimi çıxış edir.

Gənclərin turizmlə bağlı fikirlərinə toxunan K.Nurullayeva qeyd edib ki, turizm gənclər üçün həm də ətraf aləmi öyrənmək vasitəsidir və bu gün beynəlxalq səyahətlərin ümumi həcmində fərdi və ya kollektiv formada gənclər turizminin payı MDB ölkələri də daxil olmaqla durmadan artır. Gənclərin sosial imkanları nəzərə alınmaqla, münasib qiymət və keyfiyyət nisbətinə yönəlmiş aşağı büdcəli turlara maraq daha çoxdur. Gənclər turizminin Avropa ölkələri və ABŞ-da daha çox inkişaf etdiyini diqqətə çatdıran K.Nurullayeva nümunə olaraq bildirib ki, Avropada beynəlxalq tələbə kartı olan tələbələr üçün hava səyahətlərində, ictimai nəqliyyatda, kafeləri, muzeyləri, konsertləri və digər yerləri ziyarət etmək üçün güzəştlər sistemi mövcuddur.

“Lakin MDB məkanında gənclər turizmi hələ də prioritet sahə hesab edilmir” deyən K.Nurullayeva Azərbaycan təcrübəsinə diqqət çəkib. Bildirib ki, Azərbaycanda gənclər siyasəti dövlət üçün əsas prioritet sahələrdən biridir. Bu xüsusda Azərbaycanda gənclər və turizm sahəsinin inkişafına yönəlmiş çoxsaylı proqram və layihələr reallaşdıran Heydər Əliyev Fondu, Dövlət Turizm Agentliyi və Azərbaycan Prezidenti yanında Gənclər Fondunun rolunu qeyd edən millət vəkili deyib ki, uzun illərdir Azərbaycanda beynəlxalq turizmin əsas tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislər hazırlanır:

“Hələ 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı əsasında ölkəmizdə Turizm İnstitutu yaradılıb. Turizm sektorunun ölkə iqtisadiyyatı üçün əhəmiyyətini nəzərə alaraq, 2014-cü ildə bu ali təhsil müəssisəsinin bazasında Azərbaycan Turizm və Menecment Universiteti yaradılıb.
Universitet Rusiya da daxil olmaqla dünyanın aparıcı təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir və burda tədris proqramı turizm və istirahət sahəsində ən yaxşı təcrübələr nəzərə alınmaqla formalaşıb”.

Azərbaycanın bənzərsiz təbiətə, zəngin tarixə və mədəni irsə malik Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının hələ sovetlər dövründə turizm zonası kimi məşhur olduğunu xatırladan K.Nurullayeva deyib ki, Sovet İttifaqının hər yerindən insanlar tətildə Kəlbəcərə və Şuşaya gəlirdilər.

“Bu gün azad edilmiş ərazilərin zəngin turizm potensialını canlandırmaq məqsədi ilə Azərbaycanda gənclərin də fəal iştirak etdiyi proqramlar hazırlanır, layihələr həyata keçirilir” deyən deputat münbit torpaqlarımızın yenidən dünyanın hər yerindən qonaqlar qarşılamağa hazır olduğunu bildirib. K.Nurullayeva həmçinin vurğulayıb ki, Azərbaycanda hər il onlarla beynəlxalq konfrans, sərgilər, festival və irimiqyaslı idman tədbirləri keçirilir:

“Son on ildə Azərbaycan fəal şəkildə İlk Avropa Oyunları, 4-cü İslam Oyunları, Avropa Gənclər Olimpiya Festivalı, Çempionatlar və müxtəlif idman növləri üzrə Dünya Kubokları, Formula 1 Azərbaycan Qran Prisi və digər idman tədbirlərinə ev sahibliyi edib. Eyni zamanda yerli və əcnəbi gənclərə mədəniyyətlərarası ünsiyyətdə təcrübə qazanmaq, tolerantlıq və multikulturalizm anlayışını formalaşdırmaq imkanı verən beynəlxalq gənclər düşərgələri də təşkil edilir.

Mövcud imkanların Azərbaycanı gənclər turizmi üçün də perspektivli marşrut halına gətirdiyini bildirən millət vəkili onu da qeyd edib ki, müasir dünyanın reallıqlarında yeni mexanizm və modellərin meydana gəlməsi təbiidir və belə vəziyyətdə gənclər turizmi, beynəlxalq gənclər əməkdaşlığı xüsusi diqqət tələb edir: “MDB ölkələri üçün bütün səviyyələrdə təşkilati, hüquqi və maliyyə dəstəyinin inkişafı, gənclər turizmi sektoru üçün yeni brendlərin yaradılması və yeni turizm növlərinin, o cümlədən xüsusi maraq doğuran müxtəlif dağ və su turizmi, veloturlar və digər növlərin təbliği və inkişafı vacibdir. Gənclər turizminin düzgün təşkili ilə bu istirahət sahəsi, şübhəsiz ki, bölgəni və həmin ölkəni fərqləndirə bilər. Əminəm ki, gənclər turizminin getdikcə artan əhəmiyyəti bütün MDB məkanını əhatə edəcək”.

AccessBank tender elan edir
AccessBank tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
Loading Bars
Xəbər lenti
Qəzaya uğrayan helikopter 24 nəfərlik olub
Güclü duman səbəbindən AZAL-ın təyyarəsi hava limanına qayıtmağa məcbur olub
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi helikopter qəzası ilə bağlı başsağlığı verib
Azərbaycanın qeyri-neft ixracı 42 faiz artıb
“Azərkosmos”un xidmət ixracından gəliri 40 milyon dollara yaxınlaşıb
Fransanın Azərbaycandakı səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib
Azərbaycan qaz ixracını 34 faiz artırıb
Britaniya səfiri helikopter qəzasına görə Azərbaycana başsağlığı verib
Bu il dünya ticarəti 23 faiz artacaq - BMT
Gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şirkətlərin mütəxəssisləri üçün imtahan keçirilib (FOTO)
Fidan Hüseynova İnformatika üzrə beynəlxalq olimpiadada gümüş qazandı
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib
Helikopter qəzasına səbəb kimi hər hansısa kənar təsirdən söhbət gedə bilməz - Elçin Quliyev
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva helikopter qəzasında həlak olanların dəfni ilə bağlı müvafiq tapşırıqlar verib
Prezident İlham Əliyev helikopterin qəzaya uğraması ilə bağlı ətraflı araşdırma aparılmasını tapşırıb
Helikopter qəzasında həlak olanlara şəhid statusu veriləcək - DSX rəisi (VİDEO)
İran XİN helikopter qəzası ilə bağlı ölkəmizə başsağlığı verib
Əlahiddə Ümumqoşun Orduda döyüş atışlı taktiki təlimlər keçirilib (FOTO/VİDEO)
Helikopter qəzası ilə bağlı yaradılan istintaq qrupu Sənan Paşayevin icraatına verilib
Mətbuat Şurası Tofiq Yusifin vəfatı ilə bağlı nekroloq yayıb
Milli Məclisdə narkomaniya ilə mübarizəyə dair dinləmə keçirilib (FOTO)
Helikopter qəzası ilə bağlı şahidlər dindirilir - Baş Prokurorluq
Türk Dövlətləri Təşkilatı Azərbaycana başsağlığı verib
Qəzaya uğrayan hərbi helikopterin qara qutusu tapılıb
İsrail səfiri Azərbaycana başsağlığı verib
Əlaqələndirmə Qərargahının ötən bir illik fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib (FOTO)
Helikopterin qəzaya uğramasında hər hansı kənar müdaxilənin olması istisna edilir - Baş Prokurorluq
600 min manatı Şamxal Həsənliyə vermişəm - Vüqar Səfərlinin məhkəməsindən
Hulusi Akar Zakir Həsənov və Elçin Quliyevə başsağlığı verib
Daha 4 müəssisədə pozuntular aşkarlanıb
Binəli Yıldırım helikopter qəzası ilə bağlı başsağlığı verib
Dekabrın 1-nə USD/AZN rəsmi məzənnəsi
Bakıda mülki geyimli polislər maskadan istifadə etməyənlərə qarşı reydlər keçirib (VİDEO)
Prokuror Zakir Sultanova 12 il cəza istədi
“Xalq cəbhəsi” qəzetinin 20 illiyinə həsr olunmuş toplantı keçirilib (FOTO)
Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır - Hərbi ekspert
Əziz Sancar Diasporla İş üzrə Dövlət Komitəsində olub (FOTO)
Vahid əlaqələndirmə mərkəzlərinə 4 mindən çox müraciət olub
Bəzi avtobusların hərəkət sxemlərində dəyişiklik edildi
Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
Lənkəranda “EU4Lankaran” proqramının rəsmi açılış mərasimi olub
Hərbi helikopterin qəzaya uğradığı yerdən görüntülər (FOTO/VİDEO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 678 nəfər COVID-19-a yoluxub, 23 nəfər ölüb
Azərbaycan dili fənni üzrə sınaq imtahanı keçiriləcək
İran hərbi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
DSX-nin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb
Bakıda daha bir orta məktəb distant tədrisə keçib
Helikopter qəzasında 14 nəfər həlak olub - ADLAR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib
İşğaldan azad edilmiş ərazilərdə Pakistan şirkətlərinin iştirakı barədə müzakirə aparılıb (FOTO)
Paşa Bankın onlayn biznes krediti zirvədədir!
Mövlud Çavuşoğlu helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Rusiya və İtaliya Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
"Azernews” qəzətinin növbəti sayında Soçi görüşünün yekunlarına həsr edilən analitik məqalə yayımlanıb
Türkiyədə bir dolların qiyməti 13 lirəni keçdi
AzMİU-da “Dizaynın müasir problemləri” mövzusunda III Beynəlxalq elmi-praktiki konfransı keçirilib (FOTO)
İranda ötən sutkada 119 nəfər koronavirusdan ölüb
Malların rüsumsuz gətirilməsi limiti azaldılır? - DGK-dən AÇIQLAMA
Türkiyə və Rusiyadakı soyuq hava siklonları Azərbaycana təsir edəcək? - AÇIQLAMA
Avropada təbii qaz qiymətləri 7 faiz bahalaşıb
30 tona yaxın yararsız məhsul məhv edilib
"JP Morgan" ilin sonuna qədər Azərbaycanda neft hasilatı üzrə proqnozları açıqlayıb
Bank kartlarından pul mənimsəyən şəxslər saxlanılıblar
İlahiyyat İnstitutunun kafedra müdiri beynəlxalq seminarda iştirak edib (FOTO)
Üç qurum koronavirusun yeni “Omicron” variantı ilə bağlı vətəndaşlara müraciət etdi
Orta Asiya gəncləri üçün sahibkarlıq üzrə vebinar konfrans keçirilib (FOTO)
Magistraturaya hazırlaşan bakalavrlar üçün sınaq imtahanı keçiriləcək
Satdığı şirniyyatdan qurd çıxan market rəhbərliyi məsuliyyətə cəlb olunub
Mina hadisələrinin 51%-i azad edilmiş ərazilərə qanunsuz daxil olan zaman baş verib
Türkiyə Müdafiə Nazirliyi helikopter qəzasına görə Azərbaycana başsağlığı verib
Mobil bankinq təhlükələri, kriptovalyutaya yeni hücumlar: 2022-ci ildə maliyyə sektorunu nə gözləyir
Zəngəzur dəhlizi İƏT-ə üzv ölkələr üçün də faydalı olacaq - Səttar Möhbalıyev
AccessBank-da iş var
Petkim Külək Elektrik Stansiyasının istehsal hədəfləri açıqlanıb
Ağdam Sənaye Parkında sosial zonanın təşkili yekunlaşıb
Azərbaycan və Türkiyə Qarabağda 128 kvadrat kilometr minalanmış ərazini birgə təmizləyib
Prezident İlham Əliyev Pakistanın müdafiə istehsalatı nazirini qəbul edib (YENİLƏNİB)
Xəzər dənizində zəlzələ olub
Narkotik təsiri altında avtobus idarə edən 3 sürücü saxlanılıb (FOTO/VİDEO)
İki rayon və 65 kəndə qazın verilişi müvəqqəti dayandırılacaq
Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb
Həbsdə olan jurnalistin səhhəti pisləşib
Azərbaycan XİN İstanbuldakı qasırğa ilə əlaqədar Türkiyəyə başsağlığı verib
“Gənclərin biznes emalatxanası” layihəsinə start verilib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda müxtəlif sığorta növləri ilə üzrə vahid mobil tətbiq hazırlanacaq
Yeni ildən 2 milyondan çox insanı əhatə edən sosial paket icra olunacaq, sosial ödənişlər artacaq - Nazir
Küçədə aşkarlanan koronavirus xəstəsi barədə araşdırma aparılır
Bakı-Naxçıvan aviareysləri dumana görə gecikir - AZAL
"SOCAR Türkiyə" investisiya planlarını açıqlayıb
Dillər Universitetinin Konfutsi İnstitutu yüksək mükafata layiq görülüb (FOTO)
Çin Xarici İşlər Nazirliyi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü barədə bəyanat verib
“SOCAR Türkiyə” əməliyyatların 90 faizini dollarla aparır - Baş direktor
Ötən gün ölkədə 16 yanğın olub, bir nəfər xilas edilib (VİDEO)
Ölmüş heyvan ətinin satışının qarşısı alınıb (FOTO)
“SOCAR Türkiyə”nin EBITDA üzrə gəliri açıqlanıb
Çoxmənzilli binalarda işıq sayğacları MTK hesabına quraşdırılmalıdır - Dövlət Xidməti
İnsan alverində təqsirləndirilən qadın 8 il azadlıqdan məhrum edildi
Bütün xəbərlər