...

Qlobal Bakı Forumunun panel müzakirələri çox səmərəli, məhsuldar oldu - Suzan Elliott

Siyasət Materials 7 Noyabr 2021 10:58 (UTC +04:00)

Bakı. Trend:

VIII Qlobal Bakı Forumunda iştirak etməkdən məmnunam.

Trend-in məlumatına görə, bunu jurnalistlərə müsahibəsində Amerika Xarici Əlaqələr üzrə Milli Komitəsinin prezidenti Suzan Elliott deyib.

Forumun keçirilməsi təşəbbüsünə və dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edən S.Elliott, həmçinin Azərbaycanla Ermənistan arasındakı münasibətlərdən söz açaraq bildirib: “Panel müzakirələri çox səmərəli və məhsuldar oldu. Müzakirə etdiyimiz məsələlərdən biri də Azərbaycanla Ermənistan arasında təkcə atəşkəsə deyil, həm də sülh sazişinə ehtiyacın olması haqqında idi. Təkcə region ölkələri deyil, hətta ABŞ da bu məsələnin siyasi və iqtisadi cəhətdən irəliləməsi üçün işlər görməlidir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilib.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti