...

Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərlərinin görüşü olacaq

Siyasət Materials 23 Noyabr 2021 16:16 (UTC +04:00)
Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərlərinin görüşü olacaq

Bakı. Trend:

Noyabrın 26-da Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il tarixli münaqişə zonasında atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanatın imzalanmasının ildönümü ilə əlaqədar Soçidə görüş keçiriləcək.

Trend bu barədə TASS-a istinadən xəbər verir.

Görüş zamanı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmaların icrasının gedişatını nəzərdən keçirmək, eləcə də regionda sabitliyin gücləndirilməsi və dinc həyatın qurulması üzrə gələcək addımlar müəyyənləşdiriləcək.

Qeyd olunub ki, görüşdə ticari-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələlərinə xüsusi diqqət ayrılacaq.

Kremldən bildiriblər ki, V.Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşləri nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti