...

Binəli Yıldırım helikopter qəzası ilə bağlı başsağlığı verib

Siyasət Materials 30 Noyabr 2021 17:54 (UTC +04:00)
Binəli Yıldırım helikopter qəzası ilə bağlı başsağlığı verib

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin sabiq baş naziri, Türkiyə Böyük Millət Məclisinin deputatı Binəli Yıldırım Azərbaycanda baş vermiş helikopter qəzası ilə əlaqədar başsağlığı verib.

Trend-in məlumatına görə, o, bu barədə "Twitter" səhifəsində yazıb.

"Azərbaycanda baş vermiş hərbi helikopter qəzası nəticəsində şəhid olan qardaşlarımıza Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirəm. Yaralılara tez bir zamanda şəfa arzulayıram", - deyə o, bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti