...

Fransanın Azərbaycandakı səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib

Siyasət Materials 30 Noyabr 2021 20:17 (UTC +04:00)
Fransanın Azərbaycandakı səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib

Bakı. Trend:

Fransanın Azərbaycandakı səfiri Zakari Qross helikopter qəzası ilə əlaqədar başsağlığı verib.

Trend xəbər verir ki, bununla bağlı səfir "Twitter"də paylaşım edib.

“Xızıda “Qaraheybət” poliqonunda baş vermiş faciəvi helikopter qəzası nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm”, - deyə paylaşımda bildirilir.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti