...

Belarus səfirliyi Azərbaycana başsağlığı verib

Siyasət Materials 1 Dekabr 2021 10:30 (UTC +04:00)
Belarus səfirliyi Azərbaycana başsağlığı verib

Bakı. Orxan Nəbiyev - Trend:

Belarusun Azərbaycandakı səfirliyi ötən gün baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə səfirliyin "Twitter" səhifəsində bildirilib.

"Xızı rayonunda Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində insanların faciəvi şəkildə həlak olması xəbəri bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırıq", - paylaşımda deyilir.

Qeyd edək ki, ötən gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti