...

Azərbaycan XİN Pakistana başsağlığı verib

Siyasət Materials 9 Yanvar 2022 17:02 (UTC +04:00)
Azərbaycan XİN Pakistana başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Pakistanda qar fırtınası zamanı çoxsaylı insan tələfatı ilə əlaqədar bu ölkənin xalqına və hökumətinə başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə məlumat nazirliyin "Twitter" səhifəsində verilib.

“Murree şəhərində qar fırtınası zamanı ekstremal hava şəraiti nəticəsində ən azı 23 nəfərin həlak olması xəbərindən dərin kədərləndik. Qardaş Pakistan xalqına və hökumətinə başsağlığı veririk. Allah faciə qurbanlarının ruhunu şad etsin!”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti