Bakı. Trend:
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı baş tutub.
Trend bu barədə Rusiya XİN-ə istinadən məlumat verir.
Qeyd olunur ki, tərəflər Cənubi Qafqazda təhlükəsizlik və sabitliklə bağlı mövcud vəziyyəti, eləcə də Ermənistanla Azərbaycan arasında tənzimləmə prosesini müzakirə ediblər.