...

Rusiya və Ukrayna arasında danışıqlar başa çatıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 Fevral 2022 20:35 (UTC +04:00)

Bakı. Trend:

Belarusda Rusiya və Ukrayna nümayəndələri arasında ilkin danışıqlar başa çatıb.

Trend-in Ukrayna KİV-nə istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

“Birinci raund başa çatıb, yerlərdə əlavə məsləhətləşmələr, ondan sonra daha bir danışıqların aparılması mümkündür”, - o deyib.

Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski də qeyd edib ki, yaxın günlərdə Belarus-Polşa sərhədində Ukrayna və Rusiya nümayəndə heyətlərinin növbəti görüşü baş tutacaq.

"Biz ümumi mövqeləri proqnozlaşdıra biləcəyimiz bəzi məqamlar tapdıq", - deyə o qeyd edib.

***

18:24

Belarusda Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar fasilədən sonra davam edir.

Trend xəbər verir ki, bu barədə Belarusun "Belta" dövlət agentliyi məlumat yayıb.

XXX

17:47

Belarusda Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar başa çatıb.

Trend xəbər verir ki, danışıqlar prosesi 3 sata yaxın davam edib.

XXX

15:18

Belarusda Rusiya və Ukrayna arasında danışıqlar başlayıb.

Trend-in Ukraynanın "Unian" xəbər portalına istinadən məlumatına görə, nümayəndələr arasında danışıqlar nəzərdə tutulan vaxtdan gec başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti