Bakı. Trend:
Azərbaycan Ekvadorla əməkdaşlıqda bütün ölkələrin COVID-19 vaksinlərinə bərabər çıxışının təmin olunması barədə qətnamənin layihəsini bir daha təqdim edəcək.
Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnsan Haqları Şurasının iclasında deyib.
Nazir qeyd edib ki, Azərbaycanın ötən il təklif etdiyi analoji qətnamə yekdilliklə qəbul olunmuşdu.
O əlavə edib ki, pandemiyanın əvvəlindən Azərbaycan vaksinlərə bərabər çıxışın təmin olunması üçün tədbirlər görüb və pandemiya ilə bağlı problemlərin həlli üçün digər ölkələrlə fəal əməkdaşlıq edir.