Bakı. Trend:
Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin Azərbaycanla bağlı açıqlamaları qətiyyən qəbulolunmaz və məsuliyyətsizdir.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"İstənilən bu cür açıqlamanı qəbuledilməz və məsuliyyətsiz hesab edirik. Bu, heç bir halda ölkəmizin, Rusiya rəhbərliyinin rəsmi mövqeyini əks etdirmir. Rusiyanın mövqeyi Bakı ilə müttəfiqlik qarşlıqlı fəaliyyəti və strateji tərəfdaşlığın qurulmasına yönəlib. Əminik ki, təxribat xarakteri daşıyan bu cür bəyanatlara Dövlət Dumasının rəhbərliyi tərəfindən müvafiq qiymət veriləcək", - M.Zaxarova deyib.
Qeyd edək ki, M.Delyagin Qarabağda vəziyyətin kəskinləşməsi fonunda Azərbaycanın neft infrastukturuna zərbə endirmək imkanı barədə fikirlər səsləndirmişdi.
(Tərcümə: Orxan Nəbiyev)