...

İkinci Qarabağ müharibəsi dronların döyüş əməliyyatlarında uğurlu istifadəsinin ilk nümunəsidir - Xarici KİV

Siyasət Materials 30 Mart 2022 18:46 (UTC +04:00)
İkinci Qarabağ müharibəsi dronların döyüş əməliyyatlarında uğurlu istifadəsinin ilk nümunəsidir - Xarici KİV
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Kamikadze dronlar ilk dəfə ikinci Qarabağ müharibəsi zamanı real döyüş əməliyyatlarında uğurla istifadə edilib.

Trend-in məlumatına görə, bu barədə “Popular Mechanics” portalında dərc olunan materialda deyilir.

Məqalədə qeyd olunur ki, Rusiya Ukraynada yeni KYB pilotsuz uçuş aparatlarından istifadə edir, ABŞ hökuməti isə mart ayında Ukrayna Silahlı Qüvvələrinə 100 yeni “Switchblade” PUA-sı göndərəcəyini açıqlayıb.

Müəllif bildirir ki, dronların ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən uğurlu istifadə təcrübəsindən sonra bu gün Ukraynada döyüş əməliyyatları zamanı PUA-lardan istifadə olunur.

Eyni zamanda, “The Conversation” portalında dərc olunan məqalədə də Azərbaycanın hərbi əməliyyatlar zamanı PUA-lardan uğurla istifadə etməsi qeyd olunur.

“İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan pilotsuz uçuş aparatlarından kəşfiyyat, artilleriya və reaktiv yaylım atəşi sistemlərini hədəfə almaq və əməliyyat vəziyyəti haqqında tam təsəvvür formalaşdırmaq üçün istifadə edib. Dronlardan əldə edilən məlumatların mükəmməl koordinasiyasına misal olaraq Ermənistan silahlı qüvvələrinin Xocavənd müharibəsi zamanı istifadə etdiyi hava hücumundan müdafiə sisteminin məqsədyönlü şəkildə məhv edilməsi göstərilib”, - məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, Azərbaycan taktiki silah olan pilotsuz uçuş aparatlarından operativ və strateji səviyyədə səmərəli istifadə edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti