...

Erməni cinayətləri göstərir ki, onlar tarix boyu qeyri-insani əməllərlə yadda qalıb - Deputat

Siyasət Materials 31 Mart 2022 08:58 (UTC +04:00)
Erməni cinayətləri göstərir ki, onlar tarix boyu qeyri-insani əməllərlə yadda qalıb - Deputat

Bakı. Trend:

Erməni cinayətləri göstərir ki, onlar tarix boyu qeyri-insani əməllərlə yadda qalıb. 1918-ci il mart-iyul aylarında boşeviklərin köməyi ilə azərbaycanlılara qarşı törətdikləri soyqırımı tarixdə insanlığa sığmayan cinayət kimi iz qoyub. Hadisələri diqqətlə analiz etdikdə görünür ki, ermənilər heç vaxt öz gücü ilə döyüşməyib.

Hər zaman daha güclü qüvvələrə arxalanmış və onlarla əlbir olaraq çirkin əməllərini yerinə yetirmişlər. Yalnız 44 günlük Vətən Müharibəsində onların hər zaman öyrəşdiyi kimi “güvəndiyi dağlar”ı köməyə yetmədi. Bu da Azərbaycan dövlətinin uğurlu hərbi və diplomatik siyasətinin nəticəsi idi. Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsinin nəticəsində ermənilərə kömək etmək istəyən, onların haqlı olmayan mövqeyini müdafiə etmək istəyən qüvvələr də susduruldu. Bizim bütün qüvvələrə dərs keçən dövlət başçımız var. Ermənistan rəhbərliyi isə yenə də tarix boyu iyrənc əməllərin icraçısı olan millətin varisi olduğunu sübut edərək dinc əhalini hədəfə aldı. Bunun özü bu millətin xislətinin göstəricisidir. Azərbaycan xalqı isə döyüş meydanında qisas alan mübariz xalqdır. Əgər Azərbaycan xalqı və Azərbaycan dövləti beynəlxalq hüququ, humanizm prinsiplərini nəzərə almasaydı ermənilərin itkisinin həcmi xalqımıza qarşı törədilmiş sıyqırımı ilə müqayisədə dəfələrlə çox olardı.

Vətən müharibəsi ərəfəsində erməni ordusunda yaşanan xaosu nəzərdən keçirəndə Azərbaycan əsgərinin gücündən necə qorxduqlarını aydın şəkildə görünür. Erməni heç vaxt döyüş meydanında hünər göstərməyib. Onlar yalnız insanlığa qarşı yönələn cinayətlərin mahir iştirakçısıdır. Bu da onların cinayətkar olduğunu deməyə əsas verir.

Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və xalqımızın hər bir nümayəndəsinin bu işdə iştirakını təmin etmək baxımından olduqca əhəmiyyətli idi. 26 mart 1996-cı il tarixli 690 saylı Fərmanda “Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir” - deyə qeyd edilməsi ilə Ulu Öndərin sözügedən soyqırımı ilə bağlı qətiyyətli mövqeyi əks olunurdu. Bu Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bundan sonra Azərbaycan dövləti bəşər tarixində iz qoyan bu cinayətin araşdırılması və dünya ictimaiyyətinin məlumatlandırılması baxımından yeni mərhələnin icrasına başladı.

Ulu Öndərin siyasi kursunu uğurla davam edən Prezident İlham Əliyev də soyqırımı ilə bağlı məsələni daim diqqətdə saxlayır və bütün zəruri işlər icra olunur. Dövlətin bu istiqamətdə fəaliyyəti hər baxımdan əhəmiyyətlidir.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti