Bakı. Trend:
Almaniyada qaz anbarlarının doluluq səviyyəsi əvvəlki illərin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır.
Bu barədə Almaniyanın Federal Şəbəkə Agentliyinin hesabatında bildirilib.
“Hazırda Almaniyada qaz anbarlarının doluluq səviyyəsi 54,5 faiz təşkil edir. Bu göstərici əvvəlki illərin analoji dövrləri ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır”, – deyə hesabatda qeyd olunub.
Qurum yaranmış vəziyyətə ciddi yanaşdığını vurğulayıb.
Bununla yanaşı, agentlik enerji təchizatının təhlükəsizliyinin bir sıra amillərdən, o cümlədən boru kəmərləri vasitəsilə qaz idxalından, mayeləşdirilmiş təbii qaz tədarükündən, anbar ehtiyatlarından və tələbat səviyyəsindən asılı olduğunu bildirib.
