...

Prezidentin Brüssel səfəri ölkəmizin həyata keçirdiyi uğurlu siyasətin göstəricilərini bir daha bəyan etdi - Deputat

Siyasət Materials 8 Aprel 2022 14:27 (UTC +04:00)
Prezidentin Brüssel səfəri ölkəmizin həyata keçirdiyi uğurlu siyasətin göstəricilərini bir daha bəyan etdi - Deputat

Bakı. Trend:

Prezidentin Brüssel səfəri ölkəmizin hərbi, siyasi və diplomatik müstəvidə həyata keçirdiyi uğurlu siyasətin göstəricilərini bir daha bəyan etdi. Bu səfər Azərbaycan Prezidentinin böyük nüfuza malik olması, onun regional liderliyi, ölkəmizin qalib dövlət kimi tanınması və sülh müqaviləsi ilə bağlı danışıqların, səmərəli əməkdaşlıq kimi əsas məsələlərin, o cümlədən, münasibətlərin Azərbaycanın istədiyi formada qəbul olunması ilə xarakterizə oluna bilər.

Ölkəmizin həyata keçirdiyi düzgün siyasət nəticəsində Avropa İttifaqının rəsmi mövqeyi də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində irəliləyişərin məhz bizim istədiyimiz formada inkişafını özündə ehtiva edir. Münasibətlərin normallaşdırılması isə regionda sülhün təminatı baxımından əhəmiyyətlidir. Azərbaycan dövləti əldə etdiyi qələbə ilə şərtləri diqtə edən tərəfdir və qarşı tərəfdən heç bir siyasi və ya iqtisadi asılılığı yoxdur. Əksinə, Ermənistanın münasibətlərin normallaşdırılmasından asılığı kifayət qədər çoxdur. Burada Azərbaycan dövlətinin regionda sülhün təmin edilməsi və insanların dinindən, milliyətindən asılı olmayaraq əmin-amanlıq içində yaşaması istiqamətində humanist addımlar atması aydın şəkildə görünür. Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü maddələri qəbul etməklə sülh müqaviləsini imzalaya və bununla da özlərinin gələcək taleyini müsbət mənada dəyişdirə bilərlər. Bu onlar üçün böyük bir şansdır. 30 ilə yaxın müddət ərzində torpaqlarımızı işğal altında saxladığı zamanı təhlil etsək görərik ki, Ulu Öndər Heydər Əliyevin və Heydər Əliyev Siyasi məktəbinin parlaq siması Prezident İlham Əliyevin hərtərəfli və uğurlu siyasətinin nəticəsində güclü dövlətə çevrilən Azərbaycan erməni tərəfinə bir neçə dəfə şans verdi. Bu şansları dəyərləndirmədikləri üçün ciddi məğlubiyyətlə üzləşdilər. Azərbaycan dövlətinin tələbləri nəzərə alınmaqla sülh müqaviləsinin imzalanması prosesi zəruridir. Əks halda Ermənistan tərəfi bundan sonra daha böyük problemlərlə üzləşəcək. Ümid edirəm ki, Ermənistan əlinə düşən bu şansdan düzgün istifadə edəcək və yekun sənədin imzalanması üçün lazımi addımları atacaq.

Brüssel səfərində diqqət çəkən əsas məqamlardan biri də Müzəffər Ali Baş Komandanın liderlik xarizması və qalib dövlətin rəhbərinə xas olan diplomatik davranışları idi. Azərbaycan xalqı öz rəhbərinin fəaliyyətini qürurla izləyir və hər zaman onun yanındadır.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti