...

Yüksək səviyyəli görüşlər Azərbaycan və Qırğızıstan arasında daha sıx əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir - Qırğızıstan parlamentinin deputatı

Siyasət Materials 21 Aprel 2022 08:00 (UTC +04:00)
Yüksək səviyyəli görüşlər Azərbaycan və Qırğızıstan arasında daha sıx əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir - Qırğızıstan parlamentinin deputatı

Bakı. Trend:

19-20 aprel 2022-ci il tarixlərində Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana iki günlük rəsmi səfəri baş tutub. Bu, Sadır Japarovun 2021-ci ilin yanvarında Qırğızıstan prezidenti seçildikdən sonra Azərbaycana ilk səfəridir.

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilib.

Azərbaycan-Qırğızıstan arasında sənədlərinin imzalanması mərasimi də keçirilib. Ümumilikdə, iki ölkə arasında bir sıra sahələrdə əlaqələrin gələcək inkişafını müəyyən edən on mühüm strateji sənəd imzalanıb.

Səfəri şərh edən Qırğızıstan parlamentinin deputatı Elvira Surabaldiyeva ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi üçün bu səviyyəli görüşlərin əhəmiyyətini qeyd edib.

"Azərbaycan və Qırğızıstanı oxşar dilimiz, adət-ənənələrimiz, mədəni və tarixi köklərimiz birləşdirir. Belə yüksək səviyyəli görüşlər qardaş ölkələrimiz arasında daha sıx əməkdaşlıq, ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir", - E. Surabaldiyeva qeyd edib.

Onun sözlərinə görə, prezident Sadır Japarov bu təşəbbüslə iki müstəqil türk dövləti - Qırğızıstan və Azərbaycan arasında əlaqələri möhkəmləndirir.

“Mən əminəm ki, ölkələrimizi müxtəlif sahələrdə səmərəli inkişaf perspektivləri gözləyir, çünki bizim qarşılıqlı fəaliyyət üçün böyük potensialımız var”, - deyə deputat bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti