...

Ukrayna səfiri humanitar yardıma görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib

Siyasət Materials 21 Aprel 2022 14:13 (UTC +04:00)
Ukrayna səfiri humanitar yardıma görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fürsətdən istifadə edərək, Ukraynaya, Ukrayna xalqına göstərilən köməyə görə Ukrayna adından, Ukrayna xalqı adından Azərbaycan rəhbərliyinə və ilk növbədə Prezident İlham Əliyevə səmimi minnətdarlığımı bildirmək istəyirəm.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.

“Bu gün Azərbaycanın Ukraynaya böyük humanitar yardımının üçüncü mərhələsi həyata keçirilir. Yeddinci təyyarə Ukrayna üçün çox vacib bir yüklə yola düşür. Burada dərman və yemək var. Şübhəsiz ki, Ukraynanın çətin bir məqamında göstərilən humanitar yardım Ukrayna ilə Azərbaycan arasında yüksək strateji tərəfdaşlığın əyani təsdiqidir. Bu, həqiqətən bizə lazım olan köməkdir. Bu, Ukrayna və Azərbaycan xalqları arasında böyük dostluğun daha bir sübutudur”, - səfir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti