...

Yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının real ehtimalı var - Fransa səfiri

Siyasət Materials 25 Aprel 2022 13:50 (UTC +04:00)
Yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının real ehtimalı var - Fransa səfiri

Bakı. Trend:

Yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının real ehtimalı var.

Trend-in məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross deyib.

Səfir qeyd edib ki, bu, hər iki ölkənin liderləri tərəfindən müzakirə edilib.

"Rəsmi təmaslar baş tutub. Vətəndaş cəmiyyətinin nümayəndələri də bir sıra görüşlər keçiriblər. Bu proses bizə təmkinlə nikbin olmağa imkan verir.

Azərbaycan və Ermənistandakı bütün xoşməramlı insanların sülh prosesini dəstəkləməsi vacibdir.

Vətəndaş cəmiyyəti mühüm rol oynaya bilər. Ziyalılar, mütəfəkkirlər, rəssamlar, müəlliflər, aktyorlar, iş adamları, sadə vətəndaşlar sülh naminə çıxış edərək prosesi gücləndirə bilərlər. Sülhün əldə olunmasında qadınların xüsusilə mühüm və beynəlxalq səviyyədə tanınmış rolu var. Fransa Avropa İttifaqı ilə birlikdə Azərbaycan və Ermənistan liderlərinin son vaxtlar göstərdiyi cəsarətli səyləri tam dəstəkləyir və sülhün bərqərar olması prosesini müşayiət etməyə hazırdır", - səfir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti