Bakı. Trend:
2022-ci ildə Azərbaycan və Rusiya prezidentlərinin himayəsi ilə Bakı beynəlxalq humanitar forumunun bərpa olunması planlaşdırılır.
Trend-in məlumatına görə, bunu baş nazirin müavini Şahin Mustafayev Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın plenar iclasında deyib.
O bildirib ki, forumun keçirilməsi koronavirus pandemiyasına görə təxirə salınmışdı.
"Bu il isə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar forumu bərpa etmək planlaşdırılır. Bakı beynəlxalq humanitar forumunun keçirilməsi insanlar arasında əlaqələrin möhkəmlənməsi və genişlənməsi baxımından əhəmiyyət daşıyır", - Ş.Mustafayev deyib.
(Tərcümə: Orxan Nəbiyev)