...

Monteneqroda yeni hökumət formalaşıb

Siyasət Materials 29 Aprel 2022 05:09 (UTC +04:00)
Monteneqroda yeni hökumət formalaşıb

Bakı. Trend:

Monteneqro parlamenti uzun müddət davam edən müzakirələrdən sonra yeni hökumətin tərkibini təsdiqləyib.

Trend xəbər verir ki, “URA Hərəkatı”nın rəhbəri Dritan Abazoviçin sədrliyi ilə formalaşan yeni hökumətdə Baş nazirin 4 müavini, iki dövlət naziri və 18 nazir olacaq. D.Abazoviçin koalisiya tərəfdaşları ilə yanaşı, Sosial Demokrat Partiyası, Sosialist Xalq Partiyası, bosniya və alban azlıq partiyalarının nümayəndələri də yeni hökumətdə təmsil olunacaqlar.

Yeni hökuməti Prezident Milo Cukanoviçin rəhbərlik etdiyi Monteneqro Sosialistlərin Demokratik Partiyası da dəstəkləyib. Sosialist Xalq Partiyasından başqa digər serbpərəst partiyalar yeni hökumətdə iştirak etməyib.

Monteneqronun 43-cü hökumətini 45 deputat dəstəklədiyi halda, Sosial Demokratlar onun əleyhinə səs veriblər. Serbiyapərəst partiyalar isə parlamentin iclasını boykot ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti