...

Estoniya parlamentinin sədri Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Siyasət Materials 23 May 2022 14:26 (UTC +04:00)
Estoniya parlamentinin sədri Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ölkəmizdə rəsmi səfərdə olan Estoniya Respublikası parlamentinin (Riiqikoqu) sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyəti mayın 23-də Şəhidlər xiyabanını ziyarət edib.

Trend-in məlumatına görə, Estoniyanın parlament nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən estoniyalı parlamentarilərə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Ziyarət zamanı Estoniya Riiqikoqunun nümayəndə heyətini Azərbaycan Milli Məclisi sədrinin müavini Adil Əliyev və digər rəsmi şəxslə müşayiət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti