...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 27 May 2022 21:01
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevi təbrik edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərindən və İdarə Heyətinin üzvlərindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlanıb.

Məktubda deyilir:

"Zati-aliləri.

Biz ölkənizin milli bayramı - Müstəqillik Gününü Azərbaycan xalqı ilə birgə qeyd edir və bu münasibətlə Zati-alinizə, Birinci vitse-prezidentə təbriklərimizi çatdırırıq.

Dünyanın qarşılaşdığı təhdid və çağırışlara baxmayaraq, Azərbaycanın ötən otuz il ərzində qazandığı böyük nailiyyətləri yüksək qiymətləndiririk.

Cənab Prezident, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılması, inkişafı və beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində göstərdiyiniz səylərə görə Sizə səmimi-qəlbdən minnətdarlığımızı çatdırmaq istərdik. İnanırıq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gücləndirilməsi işini birgə davam etdirəcəyik və daha uğurlu nailiyyətlərə imza atacağıq.

Bu ilin iyun ayında IX Qlobal Bakı Forumunda iştirak etməyi və Sizinlə yenidən görüşməyi səbirsizliklə gözləyirik.

Cənab Prezident, xahiş edirik ən yüksək ehtiramımızı qəbul edin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti