...

Azərbaycanda qürurverici bir gün keçirdik, orada gördüyümüz mənzərə bizi çox sevindirdi - Ərdoğan

Siyasət Materials 29 May 2022 15:26
Azərbaycanda qürurverici bir gün keçirdik, orada gördüyümüz mənzərə bizi çox sevindirdi - Ərdoğan

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanda qürurverici bir gün keçirdik, Azərbaycanlı gənclərimizin həyəcanı, həvəsi, orada gördüyümüz mənzərə bizi çox sevindirdi.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Azərbaycana səfərinin yekunları ilə bağlı danışarkən deyib.

"Bir millət, iki dövlət şüarı ilə Bakıda yeni “tək festival" ənənəsinə başlamaq bizi həyəcanlandırdı. Görürəm ki, buna indi digər türk dövlətlərindən də oxşar çağırış gələcək

Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilən "TEKNOFEST"in təqdim etdiyi texnologiya ziyafətinin bütün iştirakçıların könlünü fəth etdiyini gördük. Gələcəyimizin təminatı olan gənclərimizin festivala olan böyük marağı bizi xüsusilə sevindirdi. Professor Doktor Aziz Sancarın da proqrama qatılması "TEKNOFEST"ə fərqli rəng qatdı", - deyə R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçirilir.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti