...

Zakir Həsənov Türkiyəyə səfər edib

Siyasət Materials 7 İyun 2022 09:39 (UTC +04:00)
Zakir Həsənov Türkiyəyə səfər edib

Bakı. Trend:

Azərbaycanın müdafiə naziri "Efes-2022" təlimini izləyəcək.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə "Efes-2022" beynəlxalq təlimini izləmək üçün qardaş ölkəyə işgüzar səfər edib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini də ziyarət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti