...

Lavrov 3+3 formatında növbəti görüşün vaxtı barədə

Siyasət Materials 8 İyun 2022 16:07 (UTC +04:00)
Lavrov 3+3 formatında növbəti görüşün vaxtı barədə

Bakı. Trend:

Cənubi Qafqazla bağlı 3+3 formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran) növbəti görüş yaxın zamanlarda keçiriləcək.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündən sonra mətbuat konfransında deyib.

"Biz birinci görüşü Moskvada keçirdik. Gürcüstanlı həmkarlarımız iştirak etməsə də, biz vurğulayırıq ki, onları görməyə həmişə şadıq. Növbəti görüş hazırlanır, hesab edirəm ki, ən yaxın zamanda onun keçirilməsi barədə məlumat verəcəyik", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti