...

Sahibə Qafarova sabah Türkiyəyə gedəcək

Siyasət Materials 18 İyun 2022 15:55 (UTC +04:00)
Sahibə Qafarova sabah Türkiyəyə gedəcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 19-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti “Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə səfər edəcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, tədbir Parlamentlərarası İttifaqın və Türkiyə Böyük Millət Məclisinin birgə təşkilatçılığı ilə keçirilir.

Milli Məclisin sədri konfransda çıxış edəcək. Tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti