...

Bakıda Azərbaycan və Ermənistan gənclərinin Strasburqdakı görüşünün yekunları ilə bağlı müzakirələr keçirilib (FOTO)

Siyasət Materials 22 İyun 2022 15:59 (UTC +04:00)
Bakıda Azərbaycan və Ermənistan gənclərinin Strasburqdakı görüşünün yekunları ilə bağlı müzakirələr keçirilib (FOTO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Almaniya və Fransa səfirliklərinin dəstəyi ilə Azərbaycan və Ermənistan gənclərinin Strasburqdakı görüşünün yekunları ilə bağlı müzakirələr keçirilib.

Trend-in məlumatına görə, müzakirələrə Fransanın Azərbaycandakı səfiri Zakari Qross, Almaniya səfirinin müavini Hayko Şarts və görüşdə iştirak etmiş azərbaycanlı nümayəndələr qatılıb.

Görüş iştirakçılarından birinin sözlərinə görə, müzakirələr çox məhsuldar keçib, Fransa və Almaniyanın dinc münasibətlərin qurulmasında təcrübəsi isə faydalı olub.

Fransa səfiri iki ölkə gəncləri arasında bu cür görüşlərin təşkilinin vaciblyini vurğulayıb.

"Bu proses uzun və çətin olsa da, Azərbaycan və Ermənistan gəncləri arasında bu cür görüşlər müntəzəm keçirilməlidir", - Z.Qross deyib.

Almaniya səfirinin müavini, öz növbəsində, bu cür görüşlərin gələcəkdə də təşkil olunacağına və Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, iyunun 6-10-da Azərbaycan və Ermənistan gəncləri arasında Fransada "Avropa İttifaqının "Şərq tərəfdaşlığı" çərçivəsində yeni əməkdaşlıq istiqamətləri" proqramı çərçivəsində görüş keçirilib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti