...

Fransa minatəmizləmə prosesində Azərbaycana texniki dəstək göstərməkdə davam edir - Səfir (FOTO)

Siyasət Materials 14 İyul 2022 21:16 (UTC +04:00)
Fransa minatəmizləmə prosesində Azərbaycana texniki dəstək göstərməkdə davam edir - Səfir (FOTO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Fransa intensiv dialoqu aparmağı və tərəfdaşlığı davam etdirir.

Trend-in məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross Fransanın milli bayramı - Bastiliyanın alınması Gününə həsr olunan tədbirdə jurnalistlərə deyib.

"Biz ikitərəfli əməkdaşlığın inkişafına son dərəcə nikbin baxırıq və minatəmizləmə prosesində Azərbaycana texniki dəstək göstərməkdə davam edirik. Fransa Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinə minaaxtaran avadanlıqların təhvil verilməsini davam etdirir", - deyə Z.Qross bildirib.

Onun sözlərinə görə, minatəmizləmə prosesi keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün olduqca vacibdir.

Səfir, həmçinin qeyd edib ki, bu ilin Azərbaycan və Fransa münasibətlərində mühüm hadisəsi diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasıdır:

"Münasibətlərimiz dostluq və etimada əsaslanır və bu istiqamətdə daha da inkişaf etməsini səbirsizliklə gözləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti