...

Entoni Blinken Azərbayacan və Ermənistan xarici işlər nazirlərinin görüşünə münasibət bildirib

Siyasət Materials 17 İyul 2022 03:12 (UTC +04:00)
Entoni Blinken Azərbayacan və Ermənistan xarici işlər nazirlərinin görüşünə münasibət bildirib

Bakı. Trend:

ABŞ-ın Dövlət katibi Entoni Blinken Azərbayacan və Ermənistan xarici işlər nazirlərinin Tbilisdəki görüşünə münasibət bildirib.

Trend-in məlumatına görə, bu barədə Entoni Blinken öz “Twitter“ səhifəsində paylaşım edib.

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Tbilisidə görüşərək müsbət addım atdı. Birbaşa dialoq Azərbaycan və Ermənistan fikir ayrılıqlarının həllinin ən etibarlı yoludur",- deyə paylaşımda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti