Bakı. Trend:
22 iyul. Bu gün Tbilisidə Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş “Azərbaycan - Gürcüstan: əsrlərin sinaqından keçmiş dostluq irsi” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi, Gürcüstanın
Beynəlxalq Qafqaz Universiteti və Avrasiya Beynəlxlaq İnkişaf
Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə azərbaycanlı
və gürcü diplomatlar, alim və tədqiqatçılar iştirak ediblər.
Tədbirin açılışında təbrik nitqi ilə çıxış edən Gürcüstan Xarici
İşlər Nazirinin birinci müavini Laşa Darsaliya, Azərbaycanın
Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan Milli muzeyinin Baş
direktoru David Lordkipanidze və Azərbaycanın Xarici İşlər
Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov
Azərbaycan - Gürcüstan strateji tərəfdaşlığının dərin tarixi
köklərə malik olduğunu, iki xalq arasında dostluq bağları, Gürcü və
Azərbaycanlıların ortaq talelərindən irəli gələn qardaşlıq
bünövrəsi üzərində qurulduğunu qeyd etdilər.
Daha sonra AMEA Tarix İnstitutunun direktoru professor Kərim Şükürov və Qafqaz Beynəlxalq Universitetinin rektoru professor Ketevan Şoşiaşvilinin həmsədrliyi ilə keçirilən akademik panel müzakirlərində azərbaycanlı və gürcü alimlər qarşılıqlı münasibətlərin tarixi, xüsusilə Azərbaycan və Gürcüstanın 20-ci əsrin əvvəlində və sonunda dövlət müstəqilliyi uğrunda mübarizə yolunda əməkdaşlığı, Cənubi Qafqazda sülh naminə tərəfdaşlığı, həmçinin xalqlarımızın qarşılığlı mədəni təsiri haqqında məruzələrlə çıxış ediblər.
Konfrans çərçivəsində iki ölkənin alimləri arasında birgə tədqiqat layihələrinin genişləndirilməsi, həmçinin Azərbaycan-Gürcüstan münasibətlərinin tarixi haqqında birgə elmi məcmuanın nəşri məqsədilə işçi qrup yaraıldı.