...

Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının beştərəfli görüşüə təşkil edilib (FOTO)

Siyasət Materials 29 İyul 2022 15:31 (UTC +04:00)
Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının beştərəfli görüşüə təşkil edilib (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 27-dən 28-dək Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Xəzər dənizi hövzəsində baş verən hüquq pozuntuları, o cümlədən cinayətkarlıqla mübarizə məsələlərinin müzakirəsinə həsr edilmiş Xəzəryanı ölkələrin Baş Prokurorluqlarının nümayəndlərinin Beştərəfli görüşündə iştirak etməsi üçün Rusiya Federasiyası Həştərxan şəhərində olub.

Baş Prokurorluqdan Trend-ə bildirilib ki, görüşdən əvvəl nümayəndə heyətinin üzvləri Həştərxan şəhərinin meri Polumordvinov Oleq Anatolyeviç və Azərbaycanlıların icmasının üzvləri ilə birlikdə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinə baş çəkib, önünə tər gül dəstələri qoyaraq xatirəsini yad edib.

Nümayəndə heyətinin üzvləri Həştərxanda Ümummilli Lider Heydər Əliyevin adını daşıyan 11 nömrəli məktəbi ziyarət edib, Heydər Əliyev fondu tərəfindən yenidən qurulmuş, ən müasir müasir təhsil infrastrukturu və Azərbaycan-Rusiya xalqlar arası dostuq mövzusuna həsr olunmuş guşələrlə tanış olub.

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin, Bakı küçəsində yerləşən Azərbaycan İş Mərkəzinə baş çəkib.

Həştərxan şəhərində təşkil edilmiş Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının beştərəfli görüşündə Rusiya Federasiyasının Baş Prokurorluğunun, vilayət prokurorluğunun, Nəqliyyat və Ekoloji prokuroruqların nümayəndələri, İran İslam Respublikasının Baş prokurorunun müavini və Xəzərin ekoloji məsələlər üzrə qurumlar arası dövlət komissiyasının rəhbəri, Xəzərin məsələləri üzrə XİN nümayəndəsi, Türkmənistan Respublikasının Baş prokurorunun müavini və həmin ölkənin prokurorluğunun nümayəndə heyətinin üzvləri, Qazaxıstanın Ekoloji Prokurorluğunun məsul əməkdaşları da iştirak edib.

Beştərəfli görüşdə Elnur Musayev Xəzər dənizi akvatoriyasının çirkləndirilməsinin qarşısının alınması, bioresursların mühafizəsi üçün görülən tədbirlər, qanunvericilik bazasının formalaşdırılması, səlahiyyətli dövlət qurumlarının ixtisaslaşdırılması və qurumlararası fəaliyyətin əlaqələndirilməsi mövzusunda çıxış edib.

Nümayəndə heyətinin bütün üzvləri – Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Saleh Hacıyev, Cinayət təqibindən kənar icraatları idarəsinin böyük prokuroru Babək Zakirzadə, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Elçin Sultanov, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin böyük prokuroru Elmir Zeynalov görüşün növbəti sessiyalarında çıxış edərək müzakirələrə fəal qatılıb.

Görüşün sonunda ümumi bəyannamə qəbul edilmiş, növbəti görüşün keçirilməsi, məlumat və təcrübə mübadiləsinin vacibliyi barədə ümumi rəyə gəlinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti