...

Prezident İlham Əliyev: Son illərdə Ağsu və İsmayıllı rayonlarında böyük infrastruktur layihələri icra edilib

Siyasət Materials 12 Avqust 2022 15:49 (UTC +04:00)
Prezident İlham Əliyev: Son illərdə Ağsu və İsmayıllı rayonlarında böyük infrastruktur layihələri icra edilib

Bakı. Trend:

Son illərdə Ağsu və İsmayıllı rayonlarında böyük infrastruktur layihələri icra edilmişdir. Demək olar ki, infrastruktur layihələrinin əsas hissəsi başa çatmışdır.

Trend-in məlumatına görə, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Hər iki rayonda qazlaşdırma, elektrik enerjisi, su təchizatı və yolların tikintisi ilə bağlı çox böyük layihələrin icra edildiyini vurğulayan Prezident İlham Əliyev bildirib: “Təkcə onu demək kifayətdir ki, dağlıq rayon olmasına baxmayaraq, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Son illərdə bu iki rayonda 10-dan çox elektrik yarımstansiyası inşa edilmişdir və elektriklə təchizat tam təmin edilir. Yolların çəkilişi, həm kənd yolları, eyni zamanda, İsmayılı-Muğanlı yolunun yeni hissəsi icra edilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti