Bakı. Trend:
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan avqustun 31-də Moskvaya səfər edib.
Trend xəbər verir ki, nazir Moskvaya səfəri zamanı rusiyalı həmkarı Serqey Lavrovla müzakirələr aparacaq.
Diplomat jurnalistlərə açıqlamasında bildirib ki, bəzi Avropa ölkələri Ukrayna böhranının həlli üçün İranın da kömək göstərməsini istəyib.
Səfərin əsas məqsədi Ukrayna böhranının həlli yönündə danışıqların aparılmasıdır.