...

Aİ Ermənistanla Azərbaycan arasında ədalətli vasitəçi qismində fəaliyyətini davam etdirməkdə qətiyyətlidir - Jozep Borrel

Siyasət Materials 13 Sentyabr 2022 15:24 (UTC +04:00)
Aİ Ermənistanla Azərbaycan arasında ədalətli vasitəçi qismində fəaliyyətini davam etdirməkdə qətiyyətlidir - Jozep Borrel
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Ermənistanla Azərbaycan arasında ədalətli vasitəçi qismində fəaliyyətini davam etdirməkdə qətiyyətlidir.

Trend-in məlumatına görə, bu barədə Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Jozep Borrelin bəyanatında deyilir.

"Son saatlarda Azərbaycan-Ermənistan sərhədi boyunca ciddi döyüşlər baş verib, insan itkiləri bərədə xəbər verilir. Döyüş əməliyyatlarını dayandırmaq və danışıqlar masası arxasına qayıtmaq çox vacibdir. Aİ təhlükəsiz, çiçəklənən və dinc Cənubi Qafqazın yaradılması məqsədinə nail olmaq üçün Ermənistanla Azərbaycan arasında ədalətli vasitəçi qismində fəaliyyətini davam etdirməkdə qətiyyətlidir", - bəyanatda deyilir.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.

Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti