...

Azərbaycan-Ermənistan sərhədində təhlükəsiz zona yaradılması təklif edilir

Siyasət Materials 16 Sentyabr 2022 14:51 (UTC +04:00)
Azərbaycan-Ermənistan sərhədində təhlükəsiz zona yaradılması təklif edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Ermənistan sərhədində təhlükəsiz zona yaradılması təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyafət Əsgərov çıxış edib.

O qeyd edib ki, həmin ərazilərə köçürüləcək insanlar rahat yaşamalıdır.

“Biz təklf edirik ki, Ermənistanla sərhəddə təhlükəsiz zona yaradılsın və həmin ərazilərə köçürüləcək məcburi köçkünlərimiz özlərini rahat hiss etsinlər”.

Z.Əsgərov bildirib ki, Ermənistan hər zaman təxribatlara əl atır. “Paşinyan Brüsseldə başqa şey danışır, ölkəsinə gələndə isə başqa hərəkət edir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti