...

Fransa səfiri Füzulidə mina partlayışında həlak olanlarla bağlı başsağlığı verib

Siyasət Materials 1 Oktyabr 2022 12:17 (UTC +04:00)
Fransa səfiri Füzulidə mina partlayışında həlak olanlarla bağlı başsağlığı verib

Bakı. Trend:

Fransanın Azərbaycandakı səfiri Zakari Qross mina partlaması nəticəsində Füzulidə iki vətəndaşın həlak olması ilə bağlı başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə səfir tvitter səhifəsində yazıb.

“Füzuli rayonu ərazisində piyada əleyhinə minanın partlaması nəticəsində Amid Əsədov və Çərkəz Quluzadənin həlak olması xəbəri məni kədərləndirdi”, - paylaşımda deyilir.

Xatırladaq ki, sentyabrın 30-u Füzuli rayonunun Yuxarı Dilağarda kəndi ərazisində 1986-cı il təvəllüdlü Amid Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Quluzadənin minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti