...

Prezident İlham Əliyev: Azərbaycan ilə Koreya arasında dostluq münasibətlərinin hazırkı vəziyyəti məmnunluq doğurur

Siyasət Materials 3 Oktyabr 2022 11:32 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan ilə Koreya arasında dostluq münasibətlərinin hazırkı vəziyyəti məmnunluq doğurur

Bakı. Trend:

Diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Koreya arasında dostluq münasibətlərinin hazırkı vəziyyəti məmnunluq doğurur. Ötən dövr ərzində dövlətlərarası əlaqələrimiz yüksələn xətlə inkişaf edib, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımız dərinləşib.

Trend-in məlumatına görə, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Koreya Respublikasının milli bayramı münasibətilə Prezident Yun Sok Yola ünvanladığı təbrik məktubunda yer alıb.

Dövlətimizin başçısı məktubunda Koreya şirkətlərinin Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsində uğurla iştirak etdiklərini bildirib.

“Bu gün ölkəmizin işğaldan azad olunmuş ərazilərində aparılan əsaslı bərpa və yenidənqurma işləri əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün əlverişli şərait yaradır. İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Koreya əlaqələrinin mövcud potensialından səmərəli istifadə edərək qarşılıqlı fəaliyyətimizin daha da inkişafına nail ola bilərik”, - deyə məktubda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti